Azərbaycanda 22 yaşlı gənc suda batdı

28 İyun 2012 16:56 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Siyəzən rayonunda 22 yaşlı gənc suda batdı.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, Siyəzən rayonu ərazisində dənizdə Məmmədova Araz adlı şəxs çimərkən batıb. Onun həyatını xilas etmək istəsələrdə bu mümkün olmayıb.

Qeyd edək ki, hadisədən dərhal sonra Fövqəladə Halar Nazirliyinin dalğıc-xilasediciləri onun axtarışına başlayıblar.

Hal-hazırda əməliyyat davam etsədə, batan şəxsi tapa bilməyiblər.

Türkan Nadirqızı

Movqe.Az