Tualet kağızından düzəldilmiş gəlinliklərin müsabiqəsi keçirildi

28 İyun 2012 18:44 (UTC+04:00)
Movqe.Az "Telegraph" qəzetinə istinadən xəbər verir ki, dünən Nyu-Yorkda tualet kağızından düzəldilmiş gəlinliklərin müsabiqəsi keçirilib.Finalçılar toy günü gəlinliklərə olan xərci azalmaq yollarını nümayiş etdiriblər. Bu yarışmanın qalibi Miçiqandan Susan Brennan 2,012 dollar dəyərində mükafata sahib olub. Onun düzəltdiyi gəlinliyə 10 rulon tualet kağızı işlənmişdir. Müsabiqənin 26 yaşlı qalibi Susan söyləyib ki : "Mən çalışdım ki, indiki gənclərin zövqünə uyğun qeyri-adi bir gəlinlik olsun".