Mingəçevirdə qadın qətlə yetirilib

28 İyun 2012 22:38 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, qadın küt alətlə qətlə yetirildi.

Daxil İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata əsasən, Günəşli bağlar sahəsindəki bağ evində qadın meyiti tapılıb. Qadının meyiti öz yaşadığı evdən tapılıb.

Məlumata görə, qətlə yetirilmiş Mingəçevir şəhər sakini Xəyalə Xəlilova həmin ünvanda kirayə qalırdı. O, küt alətlə qətlə yetirilib.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri aparılır.

Türkan Nadirqızı

Movqe.Az