Buraxılış imtahanlarının bu gün sonuncu günüdür
29 İyun 2012 11:33 (UTC+04:00)
Movqe.Az xəbər
verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün
sonuncu buraxlış imtahanını keçirir. İmtahanlar Lənkəran, Astara,
Masallı, Lerik, Yardımlı, Cəlilabad, Şirvan, Salyan, Neftçala,
Hacıqabul və Biləsuvar rayonlarının orta ümumtəhsil müəssisələrinin
XI və IX sinif şagirdləri üçün keçirəcək.
Saat 10:00-da
XI siniflər, 15:00- da isə IX siniflər imtahan
verəcəklər.
Qeyd edək ki,
orta ümumtəhsil müəssisələrinin XI siniflərində təhsil alan
şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün həmin
rayonlarda ümumilikdə 53, IX siniflər üçün 53 imtahan mərkəzi
ayrılıb.
İmtahanın
müddəti 2 saatdır.
Türkan Nadirqızı
Movqe.Az