Azərbaycan ilin sonuna kimi “Kalaşnikov” avtomatlarının istehsalına başlamağı planlaşdırır
29 İyun 2012 11:35 (UTC+04:00)
"Azərbaycan AK-74 avtomatından
istifadədən imtina etmək niyyətində deyil və ilin sonuna kimi
"Kalaşnikov" avtomatlarının istehsalını təşkil etmək
niyyətindədir". APA-nın
məlumatına görə, müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanın
"Kalaşnikov" avtomatlarından "Tavor" avtomatları lehinə imtina
etməyə hazırlaşdığı barədə mətbuatda gedən məlumatları
jurnalistlərə belə şərh edib.
Nazir bildirib ki, hazırda Müdafiə Sənayesi Nazirliyi 665 adda
məhsul istehsal edir, ilin sonuna kimi bu rəqəmin 700-ə
çatdırılması planlaşdırılır.
"Bizim iri kalibrli döyüş sursatı, tanklar, artilleriya qurğuları,
vertolyotlar üçün müvafiq sursatların istehsalı ilə bağlı yeni
layihələrimiz var".
Yavər Camalovun sözlərinə görə, ilin sonuna kimi Müdafiə Sənayesi
Nazirliyi Müdafiə Nazirliyinə 60 pilotsuz təyyarə təhvil
verəcək.