Avitaminozun sağlamlığa ziyanı var

6 Aprel 2012 17:27 (UTC+04:00)

Bu haqda Əli Əhmədov xəbər verdi.

 

"Halsızlıq, yorğunluq halları insanları qorxutmasın. Bütün bu əlamətlər orqanizmdə vitaminlərin çatışmamasından xəbər verir. Yaz aylarında orqanizm yetərincə vitamin qəbul etmir. Bu səbəbdən də, orqanizm gücdən düşür. İnsan orqanizminin imunitet sistemini ən çox C və B vitaminləri gücləndirir. A və E vitaminləri isə insanı qocalmağa qoymur. Gündəlik yemək rasionunda yarım kiloqram meyvə və tərəvəz istifadə olunmalıdır.

 

Avitaminoz dövründə qanda aşağı düşür. Ürək döyünmə isə olduqca çoxalır. Bu səbəbdən də, insanlar fəsil dəyişərkən yaxşı qidalanmalıdırlar", - Ə.Əhmədov dedi.

 

Türkan Nadirqızı