Milli Məclisin 2012-ci il yaz sessiyasının sonuncu iclası keçirilir
29 İyun 2012 13:39 (UTC+04:00)
Milli Məclisin 2012-ci il yaz
sessiyasının sonuncu iclası başlayıb. APA-nın məlumatına görə, iclasın
gündəliyinə 34 məsələ daxildir.
İclasda ilk olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi və 6
apellyasiya məhkəməsinə hakimlərin təyin olunması barədə qanun
layihələri səsverməyə çıxarılıb.
Vüqar Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi
təyin olunub.
Milli Məclisdə keçirilmiş səsvermə nəticəsində Kəmaləddin Bədəlov,
Toğrul Əliyev, İlqar Hüseynov, İsmayıl Xəlilov, Raqib Qurbanov,
Vidadi Məmmədov, Nurəddin Mustafayev, Elşanə Vəliyeva və Cahangir
Yusifov Bakı Apellyasiya, Şamil Rzaquliyev Gəncə Arellyasiya
Məhkəməsinin, Vidadi Cəfərov, Telman Quliyev Sumqayıt Arellyasiya
Məhkəməsinin, Məhərrəm Allahverdiyev, Etibar Camalov, Tofiq
Heydərov, Nüsrət Mirzəyev Şirvan Arellyasiya Məhkəməsinin, Vidadi
Qasımov və Hümbət Səlimov Şəki Arellyasiya Məhkəməsi hakimləri
təyin edilib.
Bundan başqa, səlahiyyət müddəti 2012-ci il iyunun 28-də başa
çatmış Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin hakimi İsmayıl Xəlilov
Bakı Apellyasiya Məhkəməsinin, səlahiyyət müddəti eyni tarixdə başa
çatmış Zaqatala Rayon Məhkəməsinin hakimi Elçin Hüseynov Şəki
Apellyasiya Məhkəməsinin, səlahiyyət müddəti eyni dövrdə başa
çatmış Şəki Apellyasiya Məhkəməsinin hakimi Qəzənfər Babaxanov isə
Şirvan Apelyasiya Məhkəməsinin hakimi təyin
olunub.