Almanlar ən çox pişiyi sevir

29 İyun 2012 15:18 (UTC+04:00)

Movqe.Az bildirir ki, Almaniyada aparılan bir araşdırma nəticəsində bu ölkədə yaşayanların evcil heyvan olaraq ən çox pişiyi sevdikləri məlum olub. Buna görə ölkədəki evcil heyvanların böyük qisimini pişiklərin təşkil etdiyi bildirilərkən, evlərdə bəslənən pişiklərin sayının 12,3 milyon olduğu açıqlanıb. "Zoologischer Fachbetriebe" adlı təşkilar tərəfindən aparılan araşdırmaya görə,  Almaniyadakı evlərdə bəslənən itlərin sayının isə 7,4 milyon olduğu bildirilib. Təşkilat, təxminən 82 milyon adamın yaşadığı ölkədə hər üç evdən birində evcil heyvan bəsləndiyini açıqlayıb. Ekspertlərə görə bir pişiyin satın alınması və baxım xərcləri illik min avroya qədər çıxa bilir. Bir pişiyin aylıq baxım xərclərinin 60 ilə 100 avro arasında dəyişdiyini yazan ekspertlər, evcil havyan sektorunun ölkə iqtisadiyyatında da əhəmiyyətli bir yer tutduğuna işarə edir.