Ermənilər susduruldu

1 İyun 2014 11:05 (UTC+04:00)
Ədirnədə Üçüncü Dünya Türk Forumunun "Osmanlıdan Türkiyə Cümhuriyyətinə türk – erməni əlaqələrinə tarixi baxış" adlı panel iclası keçirilib.

Movqe.az Azərtac-a istinadən xəbər verir ki , forumda Azərbaycandan Milli Məclisin deputatı, professor Musa Qasımlı, ABŞ-dan professor Castin Makkarti, doktor Kristofer Günn, Ermənistandan Gevorq Kaloşyan, Türkiyədən professor Kamal Çiçək və doktor Mehmet Perincekin məruzəçi olublar.

Panel iclasında Milli Məclisin deputatı, professor Musa Qasımlı "Birinci Dünya müharibəsi illərində erməni silahlı dəstələrinin hazırlanması və fəaliyyətləri "(Rusiya arxiv materialları əsasında" mövzusunda maraqla qarşılanan təqdimatla çıxış edib.

Çarizmin rəsmi sənədləri əsasında hazırlanmış məruzədə Azərbaycan tarixçisi ermənilərin özlərinin çəkdikləri və arxivlərdə saxlanılan fotoşəkillərlə və diplomatik sənədlərlə erməni silahlı dəstələrinin hazırlanmasını və qanlı fəaliyyətlərini sübut edən faktları diqqətə çatdırılıb. Bildirilib ki, tarixdə "erməni soyqırımı" deyilən bir şey olmyıb. Əslində Birinci Dünya müharibəsi illərində erməni silahlı dəstələri Anadoluda, Cənubi Azərbaycanda, İrəvan quberniyasında, Borçalıda və indiki Azərbaycan Respublikasının ərazisində kütləvi soyqırımı törədiblər. Azərbaycanlıların soyqırımının zirvə nöqtəsi 1918-ci ilin mart ayında olub.

Forumun sonuncu günündə yekun sənəd layihəsi müzakirə edilərkən professor Musa Qasımlı Ermənistanın təcavüzünə son qoyulmasını, işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və ətrafındakı rayonlarından tamamilə və qeyd-şərtsiz çıxmasını, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin yerinə yetirilməsini, məcburi köçkünlərin doğma yerlərinə qayıtmalarını tələb edən təklif irəli sürüb və bu təklif qəbul edilib.