Məşhur aktyor rejissorluq edəcək
1 İyun 2014 12:15 (UTC+04:00)
Türkiyəli məşhur aktyor Burak Özçivit özünü
rejissor kimi sınamaq niyətinə düşüb.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
"Muhteşem Yüzyıl" serialında canlandırdığı Malkoçoğlu, daha sona
"Çalıkuşu" filmi ilə tamaşaçıların rəğbətini qazanan aktyor Burak
Özçivit kariyerasında yeni bir cığır açmağı
planlaşdırır.
Burak Özçivit iyul ayında çəkməyi planlaşdırdığı
məhəbbət mövzulu filmində baş rolda oynamaq üçün "Miss Türkiyə -
2014" qalibi Kriştianu Ronaldonun sevgilisi İrina Şeykə bənzədilən
Əminə Gülşəyə təklif göndərib.
Aktyor Yaxın Şərqdə çox izlənən serialların
hesabına qazandığı populyarlığı daha da artırmaq
niyətindədir.