Hərbçilərimiz Almaniyaya gedir
1 İyun 2014 14:23 (UTC+04:00)
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin
nümayəndələri iyun ayının 2-dən başlayaraq bir sıra beynəlxalq
tədbirlərdə iştirak edəcəklər.
Movqe.az xəbər verir ki , Müdafiə Nazirliyinin
mətbuat xidmətindən verilən məlumata görə, iyunun 6-dək Almaniyanın
Oberammerqau şəhərində iki kurs, adi silahlara nəzarət üzrə
informasiya mübadiləsi kursu və NATO Qərargah zabitləri üçün
tanışlıq kursu keçirilməsi nəzərdə tutulub.
Yunanıstanın Xaniya şəhərində "Dənizdə
qeyri-qanuni fəaliyyətlərin qarşısının alınması əməliyyatlarında
kütləvi qırğın silahları ilə mübarizə" kursu, Sloveniyanın
Lyublyana şəhərində İnformativ Hərbi Attaşe həftəsində və "Adriatik
Strike 2014" təlimində müşahidəçi qismində iştirak da iyun ayının
6-dək davam edəcək.
İyunun 13-dək Azərbaycan-Rumıniya ikitərəfli
əməkdaşlıq planına əsasən Predeal şəhərində (Rumıniya) Axtarış və
xilas etmə kursu, Budapeşt şəhərində (Macarıstan) Qərargah
zabitləri üçün hərbi terminologiya kursu, Kielce şəhərində (Polşa)
"NATO-nun hərbi-mülki əməkdaşlıq üzrə səhra mütəxəssisi" kursu
olacaq.
Ayın 20-dək isə Szolnok şəhərində (Macarıstan)
"27-ci Beynəlxalq hərbi müşahidəçi" kursu və Qarmiş- Partenkirxen
şəhərində (Almaniya) Dil testi üzrə təkmilləşdirmə seminarı
keçiriləcək.