Castin milyardlıq avtomobilləri ilə şoka saldı (FOTO, VİDEO)
1 İyun 2014 16:09 (UTC+04:00)
Yaşının az olmağına baxmayaraq məşhurlaşmağa nail
olan pop ifaçı Castin Biber sərvəti ilə hər kəsi şoka
salır.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, hər
zaman qalmaqalları və qeyri-etik hərəkətlərilə medianın gündəmində
olmağı bacaran gənc müğənni bu dəfə avtomobilləri ilə göz
qamaşdırıb. Belə ki, Biber dünyanın ən bahalı avtoparkına sahib
olan məşhurın sırasındadır. Sənətçinin avtomobillərinə baxdıqda
heyran qalmamaq mümkün deyil.
Onun avtoparkında 200 min dollarlıq "Ferrari
F430", 200 min dollarlıq "Lamborghini Gallardo", 100 min dollarlıq
"Land Rover Sport", 110 minlik "Fisker Carma" və digər
avtomobilləri görmək olar.
Qeyd edək ki, Castin Biber sürəti sevir, buna görə
də bir neçə dəfə polislər tərəfindən saxlanılıb və
cərimələnib.
İfaçının avtoparkında yer alan maşınların
fotolarını sizə təqdim edirik: