Afrikalı mühacirlərin sayı son 5 ayda iki dəfə artıb
1 İyun 2014 16:12 (UTC+04:00)
Afrikadan Avropaya axın edən mühacirlərin sayı son
5 ayda iki dəfə artıb.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
mühacirlər qitəyə ayaq basmaq üçün əsasən, İtaliyanı qapı olaraq
görürlər. Ötən gün İtaliyanın sahil mühafizə xidməti Aralıq dənizi
sularından əsarətdə qalan 450 mühaciri xilas
ediblər.
Rəsmilərin sözlərinə görə, xilas olunan
mühacirlərin əksəriyyəti, Liviya vasitəsilə qitəyə axın edən
suriyalılar olub. Təkcə bu həftəsonu Siciliyaya 3300-ə yaxın
mühacir yerləşdiriləcəyi gözlənilir. Rəsmilər son 5 ayda İtaliyaya
43 mindən çox mühacirin gəldiyini məruzə ediblər. Bu isə, 2013-cü
ildə ümumilikdə qitəyə axın mühacirlərin 2 qatına
bərabərdir.
2013-cü ilin oktyabr ayında Lampeduza sahillərində
366 nəfərin ölümü ilə nəticələnən qəzadan sonra İtaliyanın
xilasetmə missiyası, demək olar ki, hər gün davam edir.