3 fəhlə 16-cı mərtəbədən yıxıldı (VİDEO)
1 İyun 2014 18:00 (UTC+04:00)
İstanbulda yeni tikilən çoxmərtəbəli binalarının
birində işçi ölümü baş verib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
İstanbulun Kartal rayonunda yeni tikilən çoxmərtəbəli binalarından
birində işləyən 3 fəhlə, qurduqları dayaqların aşması nəticəsində
16-cı mərtəbədən düşərək ölüblər.
Bədbəxt hadisənin qurbanlarından ikisi qohum olub.
Hadisə baş verən zaman dərhal təcili yardım çağırılıb. Lakin
həkimlər işçilərin düşdükləri an canlarını tapşırdıqlarını
bildirib.
Hadisə yerində aparılan araşdırmalardan sonra
işçilərin cəsədləri tibb ekspertizayaya
göndərilib.
Hadisə ilə əlaqədar istintaq
başladılıb.