Bakıda yeni prospekt açıldı

1 İyun 2014 18:14 (UTC+04:00)
Bakıda Xocalı prospektinin gediş hissəsi nəqliyyat vasitələrinin istifadəsinə verilib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev xəbər verib. 

Ali məhkəmənin qarşısından Xocalı prospektinə qədər olan, bir neçə gün öncə bağlanılmış gediş hissədə asfalt örtüyü çəkilib, xətlənmə işləri yerinə yetirilib və yol istifadəyə verilib. 

Onun sözlərinə görə, başa çatdırılan hissə 3 zolaqdan ibarətdir, yolun eni 12 metr, uzunluğu 800 metr təşkil edir.