Bar və restoranlarda siqaretə qadağa qüvvəyə mindi
1 İyun 2014 19:12 (UTC+04:00)
Rusiyada bar və restoranlarda siqaretə qadağa
qüvvəyə minir.
Movqe.az ANS PRESS- ə istinadən
xəbər verir ki, iyunun 1-dən ölkədəki 44 milyon siqaret çəkən həmin
məkanlarda bu imkandan məhrum olacaq.
Prezident Vladimir Putinin tətbiq etdiyi qadağanın
məqsədi sağlam həyat tərzinin təbliğidir. Ötən il hökumət
binalarında siqaret yasaqlanmışdı. İndi bu sıraya restoranlar,
barlar, otellər, qatarlar qoşulur.
Mağazalarda vitrinə siqaret qoyulmur, köşklərdə
satılmır.
Dövlət Dumasının Səhiyyə Komitəsinin rəhbəri
Sergey Kalaşnikov deyib ki, qanuna əməl etməyənlər
cəzalandırılacaq.
Restoran və bar sahibləri qadağaya qarşı çıxırlar,
82 faiz deyir ki, müştərilərin sayı azalacaq.