Türkiyənin bir sıra vilayətlərində təkrar
bələdiyyə seçkiləri keçirilir.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
səsvermə prosesi 14 bölgədə keçiriləcək. Bundan başqa, Gəzi parkı
hadisələrinin ildönümü ilə bağlı Türkiyədə yenidən etirazlar baş
qaldırıb. Səhər saatlarından Gəzi parkı çevik polis alayları
tərəfindən vətəndaşlara bağlı elan edilsə də axşam saatlarından
etibarən Taksimdə və onun ətraf səmtlərində vəziyyət getdikcə
gərginləşib.
Etirazçılara ilk müdaxilə dünən olub. Belə ki,
Türkiyə saatı ilə 15:30-da Taksimdə toplaşmağa başlayan qruplara
polis su şırnaqları sıxıb. Axşam 19-dan sonra isə bu mudaxilələr
daha da sərtləşməyə başlayıb. Havada qaz bombaları uçub. Nəfəs
almaq belə çətinləşib. Üzləri maskalı etirazçı qruplardan polislərə
molotof kokteyli ve fişənglər atılıb.
Vəziyyətlə bağlı Türkiyənin baş naziri Rəcəb
Tayyib Ərdoğan çıxış edib. O, Gəzi hadisələrinin ildönümündə Taksim
meydanına çıxmaq istəyənlərə xəbərdarlıq edib və bildirib ki,
meydana çıxmaq istəyənlərə qarşı lazımi bütün tədbirlər həyata
keçiriləcək.
Gecə yarısında isə İstanbulun əsas magistral
yollarından birində etirazçı qruplar TIR sürücülərinin açarlarını
zorla alaraq iritonajli maşınlarla yolları bağlayıb. Gecə boyunca
İstanbulun Taksim, Beşiktaş, Kadıköy, Okmeydanı, Mecidiyyeköy
səmtlərində, o cümlədən Türkiyənin Ankara, İzmir, Hatay,
Diyarbəkir, Adana kimi şəhərlərində davam
edib.
ANS PRESS-in Türkiyə bürosuna verilən məlumatda
bildirilib ki, sadəcə İstanbuldakı hadisələrdə 57 nəfər polis
tərəfindən saxlanılıb, 20 nəfər isə yaralanıb.