Bu gün uşaqların hüquqlarının beynəlxalq müdafiəsi
günüdür.
Movqe.az ANS TV-ə istinadən xəbər verir ki ,
Çeçenistanda Urus Martan Şəhərində yerləşən Hafizlər məktəbi artıq
4-cü belə məktəbdir. Respublikada ən böyük hafizlər məktəbində
təhsil alan uşaqlara mükəmməl quran oxumaq öyrədilir. Məktəbdə
təhsil alan uşaqlar Quranı öyrənməklə yanaşı, bir sıra xarici
dildən də dərs alırlar. Məktəbdə digər şəhərdə yaşayan uşaqlar da
təhsil alır. Quranı tam olaraq öyrənməyi qarşılarına məqsəd qoyan
uşaqların sözlərinə görə, istəsələr gələcəkdə başqa sahələrə də
yiyələnə bilərlər.
Ümumilikdə hafizlər məktəbində tədris müddəti 3
ildir. Hafiz olmaq istəyən sagirdlər Quranın 114 surəsini və bütün
ayələri öyrənməli və əzbər bilməlidirlər. Çeçenistanda, ümumilikdə
islam dinini tədris edən 20 mədrəsə və 2 universitet
var.