"Prezident" istefa vermədiyini dedi
1 İyun 2014 22:25 (UTC+04:00)
Gürcüstanın separatçı Abxaziya regionunun de-fakto
prezidenti müxalifət fəallarının onun istefa verməsi barədə
dediklərini yalanlayıb.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki ,
Aleksandr Ankvab iyunun 1-də Rusiyanın İnterfax agentliyinə deyib
ki, hər hansı istefa məktubu imzalamayıb.
Xatırladaq ki, mayın 31-də Abxaz parlamenti spiker
Valeri Bganbanı aralıq prezident postuna təyin edərək avqustun
24-də seçki keçiriləcəyini bildirib.
Ankvab bu tədbirləri qeyri-konstitusion
adlandırıb.
Bganba mayın 31-də deyib ki, iyunun 1-də
Abxaziyanın hazırkı prezidenti Aleksandr Ankvabla görüşəcək. Ancaq
Ankvabın köməkçisi belə bir planın olmadığını
söyləyib.
Ankvabın Qudauta hərbi bazasında qaldığı
bildirilir. Mayın 27-də müxalifət onun ofisinə hücum çəkib,
hökumətin buraxılmasını tələb edib.
Qeyd edək ki, Abxaziya Gürcüstandan ayrıldığını
elan etsə də, ancaq bir neçə ölkə onu tanıyıb.