103-cü şüşə mərtəbə çatladı

2 İyun 2014 11:17 (UTC+04:00)

Çikaqodakı "Willis Tower" binasının 103-cü mərtəbəsində yerləşən şüşə hissənin 7.5 santimetrlik şüşə bazası ağırlığa dözə bilmməyərək çatlayıb . 412 metrdən şəhər mənzərəsi izləməyə çalışan turistlər , böyük qorxu yaşayıb


Şəhərin ən yüksək binası ünvanı daşıyan "Willis Tower"in dörd tərəfi şüşə ilə inşa edilmiş hissəsinə ailəsiylə birlikdə turistik məqsədlə gələn Alejandro Qaribay , "Şüşənin qırıldığını hiss etdim və özümü dərhal içəri atdım" deyərək hadisə anını izah edib. Qaribay, terasda birlikdə foto çəkdirdiyi əmisi oğlu Antonio Saldana isə şüşənin qırılma səsini duyduğunu  " Həyatımın ən qorxunc anlarından birini yaşadım. Bir an düşəcəyəmi zənn etdim" deyib.