Xalq artisti anasını, bacısını, qardaşını itirdi !
2 İyun 2014 12:26 (UTC+04:00)
Xalq artisti Bilal Əliyev bir neçə il ərzində ailəsindən düz üç
doğmasını itirib. Mövqe.az xəbər verir ki, bu haqqda danışan ifaçı
bacısının, anasının, qardaşının bu dünyadan köçməsinə təəssüflənsə
də, Allaha yenə şükür edib: "Allah hər kəsə çəkə biləcəyi qədər
dərd verir. Ən son 44 yaşımda olan qardaşımı itirdim. Onu həkimə
aparmaq istədim. Amma razı olmadı. Həkim aparanda isə dedi ki, 4
saat olar dünyasını dəyişib. Ürəyində problem var idi. Allah heç
kəsə belə dağlar çəkməsin. Özdə ən çox istədiyim qardaşım idi".