Komada doğum etdi

2 İyul 2012 11:49 (UTC+04:00)

Movqe.Az bildirir ki, Ingiltərədə 23 yaşlı Emma Mynors adlı 29 həftəlik hamilə qadın koma vəziyyətində normal doğum edib. İki dəfə iflic halı keçirən Mynors koma vəziyyətindəykən körpəsinin başı görünməyə başlayıb. Körpə doğulduqdan 2 həftə sonra oyanan qadın hamilə olduğunu belə xatırlamır, yalnız evli və 3 yaşında bir oğulunun olduğunu yada salıb. Tibb bacıları körpəni onun qucağına verəndə Emma çox təəccüblənib. Emma Mynors və körpəsi 1 ay xəstəxanada qaldıqdan sonra sağlam bir şəkildə evlərinə qayıdıb. Komada olan bir ananın normal doğum etməsi nadir görülən bir vəziyyətdir.Doğumu tezləşdirən hormonlar əslində komada olarkən də aktiv olur.