Brilliant Dadaşovaya 30 min dollar verildi

2 İyun 2014 13:22 (UTC+04:00)

Xalq artisti Brilliant Dadaşova Amerikada "Big Apple Awards" mükafatı aldığı barədə artıq xəbər vermişdik. Mövqe.az xəbər verir ki, müğənni "Şoubiz+" verlişinə açıqlamasında mükafatla yanaşı 30 min dollar mükafat aldığını da bildirib. 2 ildir ki, müğənninin adına təsis olunan mükafat nəhayət ki, bu il sahibinə qovuşub. 

Xatırladaq ki, ifaçı bir çox dünya şöhrətli ulduzlarla bərabər Nyu Yorkda Master Teathre konsert salonunda gerçəkləşən "Big Apple Worlds Award" mükafatlandırılma mərasimində iştirak edib. Xalq artisti iki il davamlı mükafata nominat olsa da, nəhayət bu il "Fəaliyyəti boyu Dünya musiqisinə töhfələrinə" görə bu mükafatına layiq görülüb.