Azərbaycanlı xanım müğənni xəyanətdən oxudu -VİDEO

2 İyun 2014 13:33 (UTC+04:00)

Tanınmış rokçu Ümmanın sonuncu hiti "Zərrə-zərrə"yə çəkdirdiyi klip artıq hazırdır. Pərəstişkarlarının istəyi ilə çəkilən sayca 4-cü klipin rejissoru Rəhman Əliyev, operatoru Deleedir. Klip Bakıda-açıq havada çəkilib. Mövqe.az-ın məlumatına görə, üğənni klipdə 4 geyimdə görüntülənib. Ekranlaşıdırılan mahnının mövzusu xəyanətdən bəhs edir. Sözləri Sahibə Rəşidə, musiqisi Valeh Əhmədə aiddir. Qeyd edək ki, klipin anonsu öncədən paytaxtda yerləşən bir neçə böyük manitorda yayımlanırdı.

"Zərrə-zərrə" rokçu xanımın bəstəkar Valehlə 3-cü, şairə Sahibə xanımla isə 2-ci işbirliyidir. Ümman hazırda daha 3 mahnı üzərində çalışır. "Ovutma məni", "Apar məni" və "Divanə" adlanan mahnıların da musiqisi Valeh Əhmədə aiddir və bu ilin sonunadək dinləyicilərin ixtiyarına veriləcək. Bundan başqa, Ümman xalq artisti Samir Cəfərovla duet ifa edəcək. Əməkdar artist Ədalət Şükürova aid bəstə duet şəklində sentyabr ayında dinləyicilərə təqdim olunacaq. 

Həyata keçiriləcək layihələrin rəhbəri jurnalist-bəstəkar Azər Nəsibovdur. Nəzərinizə çatdıraq ki, Ümman eləcə də Azər Nəsibovun müəllifi olduğu yeni mahnını ifa edəcək. 


Mövqe.az "Zərrə-zərrə" mahnısına çəkilən klipi diqqətinizə çatdırır: