Tanınmış müğənninin evinə oğru girdi !

2 İyun 2014 17:10 (UTC+04:00)

Amerikalı məşhur müğənni Miley Kruzun evi qarət olundu.21 yaşlı müğənninin "San Fernando Valley"dəki evinə girən  iki oğru  ləl-cəvahirat və "Maserati" markalı lüks bir avtomobili oğurlayıblar. Mövqe.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı evdə heç kim olmayıb. Ancaq oğrular təhlükəsizlik kamerasına düşüblər. Faktla bağlı araşdırma aparılır.