"Oğlumun gözündə problem var"
2 İyun 2014 17:35 (UTC+04:00)
Əməkdar artist Gülyaz Məmmədova ANS-in "Günəbaxan" verilişində
qonaq olub. Mövqe.az xəbər verir ki, oğlunu ağız dolu tərif
edən ifaçı bildirib: " Şükür oğluma istədiyim tərbiyəni verə
bilmişəm. Qardaşlarım necə idisə, o da elədir. Oğlumun gözündə
problem var. Ona görə əsgərliyə aparmadılar. Amma universiteti
bitirəndən sonra çalışacağam ki, hərbi xidmətini lazimi qaydada
çəksin. Çünki əsgərlik gənclərimizə lazımdır".