Ayan: “Viktoriya Bekhemin geyim tərzi mənə yaxındır”

2 İyun 2014 18:00 (UTC+04:00)

Müğənni Ayan Babakişiyeva yenə də libasları ilə gündəmə gəlib. 


Axşam.az-ın məlumatına görə, sənətçi məşhur brendlərə üstünlük verdiyini bildirib:


"Əynimdəki libas "Christian Dior"-dandır. Viktoriya Bekhemin geyim tərzi mənə daha yaxındır. Son vaxtlar çox arıqlamışam. Buna görə də gözəl paltarlar geyinirəm. Buna hər zaman  xüsusi diqqət ayırıram, qarderobuma brend geyimlər yığmağı xoşlayıram".