Müğənninin ailəsində faciə

2 İyun 2014 19:00 (UTC+04:00)

Tanınmış müğənni Eldar Ələkbərovun ailəsində ağır itki olub. 


Milli.Az-ın verdiyi məlumata görə, 2 gün əvvəl Qazaxdan Bakı istiqamətində hərəkət edən "Ford" markalı minik avtomobili "Shacman" markalı yük avtomobilinə arxadan çırpılıb. 


Hadisə zamanı 7 nəfər ağır yaralanıb, 4 nəfər isə dünyasını dəyişib. Yaralılar Eldar Ələkbərovun bacısı uşaqları və onların həyat yoldaşları, ölənlər isə müğənninin bacısı nəvələri olub.