Humay əməliyyat masasına uzanacaq

2 İyun 2014 18:30 (UTC+04:00)

Humay Qədimova: "... bu problem özünü daha çox büruzə verdi".

Gecce.az xəbər verir ki, "Bizim gün" verlişinin qonağı olan gənc müğənni-tarzən Humay Qədimova burnunda elətdirmək istədiyi plastik əməliyyatdan danışıb:

 

"Nəfəs alma problemim var. Qışda qrip oldum, bu problem özünü daha çox büruzə verdi. Nəfəs almağım daha da gərginləşdi. İndi tərəddüd içində qalmışam. Həkimin nə məsləhət verəcəyini gözləyirəm".