Azərbaycanda uşaq bağçası yanıb

3 İyun 2014 10:51 (UTC+04:00)

Goranboyda uşaq bağçası yanıb.

Movqe.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Goranboy rayonu, Qızılhacılı qəsəbəsində İcra Hakimiyyətinə məxsus hal-hazırda fəaliyyət göstərməyən, ümumi sahəsi 400 kv.m olan birmərtəbəli uşaq bağçasının dəhlizinin tavanı 10 kv.m sahədə yanıb.

Uşaq bağçasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.