Əsgər yoldaşını güllələdi

3 İyun 2014 11:22 (UTC+04:00)

Azərbaycan Ordusunun əsgəri öz hərbçi yoldaşını güllələyib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Medafiə Nazirliyinin Ağdamda yerləşən "N" saylı hərbi hissəsində baş verib. Lerik rayonundan hərbi xidmətə çağırılan 18 yaşlı əsgər Zöhrab Məmmədov hərbçi yoldaşı tərəfindən gülllələnib. Yaralanan əsgərin qohumlarının sözlərinə görə, Z. Məmmədov hospitala yerləşdirilib və vəziyyəti ağırdır. Onlar bildiriblər ki, hadisə əsgərin silahdan istifadə zamanı təhlükəsizlik qaydalarına əməl etməməsi və etiyatsızlıq nəticəsində qeydə alınıb.