"İnter" Türkiyədə ilk məşqinə çıxdı

3 İyun 2014 11:23 (UTC+04:00)

Türkiyənin İzmit şəhərinin yaxınlığındaki Kartepe qəsəbəsinin "Green Park" otelində məskunlaşan "İnter" klubu ilk məşqinə çıxıb. Movqe.az-ın məlumatına görə, ilk məşqin birinci hissəsini futbolçular trenajor zalında keçiriblər. Daha sonra oyunçular meydana çıxıblar. İsinmə hərkətləri və qaçışdan ibarət məşq təxminən 1 saat davam edib. Qeyd edək ki, "İnter"in Türkiyədə gündə iki dəfə məşq etməsi planlaşdırılır.