Bakıda dəhşətli qətl: oğul anasını qətlə yetirdi

3 İyun 2014 11:30 (UTC+04:00)

Bakıda qətl hadisəsi törədilib.


Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakıxanov qəsəbəsi, E. Xəlilov küçəsi-1 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 22 yaşlı Elvin Emin oğlu Əzimov anası, 1968-ci il təvəllüdlü Esmira Talış qızı Əzimov bıçaqlayaraq qətlə yetirib.

 

E. Əzimov qətli törətdikdən sonra qaçmaq istəyib və onun hündürlükdən yıxılaraq hər iki ayağı sınıb. E. Əzimov saxlanılıb.

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.