Lempard "Çelsi"dən ayrıldı

3 İyun 2014 11:52 (UTC+04:00)

İngilis klubunun canlı əfsanəsi Frank Lempard komandadan ayrıldığını açıqlayıb.


Movqe.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 35 yaşlı futbolçu 13 ildir şərəfini qoruduğu "Çelsi" ilə vidalaşıb.


Qeyd edək ki, 2001-ci ildən "Çelsi"də çıxış edən Lempard, meydana çıxdığı 429 oyunda 147 dəfə rəqib qapılarına yol tapıb.