500 manat rüşvət tələb edən müəllim həbs edildi

2 İyul 2012 12:33 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Şəki Pedaqoji Kollecinin şöbə müdiri həbs edilib. Qəbələ rayon sakini Həmidov Məcid Həmid oğlunun Şəki Pedaqoji Kollecinin şöbə müdiri Səmədov Nəriman Vahid oğlu tərəfindən oğlunun həyat yoldaşı Aslanlı Vüsalə Əzizağa qızının həmin kolleci müvəffəqiyyətlə bitirməsinə baxmayaraq diplomun verilməsinə görə ondan pul tələb edilməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161-Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb.

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində N.Səmədov iyunun 28-də xidməti otağında tələb etdiyi pulun müqabilində 400 manatı vətəndaşdan rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

Fakta görə N.Səmədov barəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.