FİFA prezidenti klubumuzu təbrik etdi

3 İyun 2014 13:17 (UTC+04:00)

FİFA-nın prezidenti Yozef Blatter AFFA-nın prezidenti Rövnəq Abdullayevə təbrik məktubu ünvanlayıb.


Movqe.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ali futbol qurumunun rəhbəri  "Qarabağ" klubunu Azərbaycan Premyer Liqasının 2013/2014-cü il mövsümünün qalibi olması, UEFa Çempionlar Liqasına vəsiqə qazanması, gözəl oyunu ilə azarkeşlərə böyük sevinc yaşatması münasibəti ilə təbrik edib.


Blatter həmçinin komandamıza ÇL-da uğurlar arzulayıb.