Həbsxanaya gətirilən dovğadan “həşiş“ çıxdı
3 İyun 2014 14:44 (UTC+04:00)
Qobustan Həbsxanasına "həşiş qətranı" və mobil telefon aparatı
keçirilməsi cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr
şöbəsindən Movqe.az-a verilən məlumata görə, Penitensiar xidmət
əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbiri
nəticəsində Qobustan Həbsxanasında cəza çəkən məhkum Ceyhun Ağagül
oğlu Məmmədova vətəndaş Rizvan Nizami oğlu Ramazanovun gətirdiyi
sovqata baxış keçirilib. Baxış zamanı zaman plastik smetan qabının
içərisindən 1 (ədəd) mobil telefon ekranı və plastik dovğa qabının
icərisindən xalis çəkisi 2.03 qram narkotik vasitə - "həşiş
qətranı" aşkar edilərək götürülüb. Qeyd edək ki, Ceyhun
Məmmədov Cinayət Məcəlləsinin 29,120.1; 67.1; 179.3.2; 128; 177.2.4
və 185.1 maddələrinə əsasən azadlıqdan məhrum edilib.Penitensiar
xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər axtarış-baxış
tədbiri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən məhkum Orxan
Gəncəvi oğlu Kərimovun üzərinə baxış keçirilən zaman onun əynindəki
köynəyin cibindən 1 (ədəd) "Nokia" markalı mobil telefon aparatı
aşkar edilərək götürülüb.Qeyd edək ki, Orxan Kərimov Cinayət
Məcəlləsinin 120.2.4; 29,120.2.4; 120.2.7 və 66.3 maddələrinə
əsasən azadlıqdan məhrum edilib.
Faktlar üzrə araşdırma aparılır.