Buz kimi limonadın hazırlanma qaydası

2 İyul 2012 12:34 (UTC+04:00)
Movqe.Az bildirir ki, yay aylarında sizi sərinləşdirə biləcək ən yaxşı içki limonaddır. Bu səbəblə sizə dadlı bir limonadın hazırlanma qaydasını təklif edirik. 


Tərkibi:

1 su stəkanı şəkər 

7 stəkan su 

4 limon 


Hazırlanma qaydası:

Limonlar yuyulub incə rəndələnir. Şəkərlə yaxşıca ovulub limon suyu və adi su ilə qarışdırılır. Süzülüb soyudulur. Limonad, vitamin dəyərini itirməməsi üçün hazırlandıqdan sonra içilməlidir.


Qeyd: 1 stəkan limonad üçün, 1,5 şorba qaşığı şəkər, yarım limon həsab edilir.