İdmandan sonra mütləq bir kofe içilməli

7 Aprel 2012 02:23 (UTC+04:00)

Mövqe.az xəbər verir ki, ABŞ-ın New Jersey ərazisindəki Rutgers Ernest Mario Əzcaçılıq Fakültəsi tərəfindən aparılan araşdırmalara görə kofe içmək dəri xərçəngi riskinin qarşısını alır. Eyni əlaqə idman və xərçəng arasında da var. Lakin idmandan sonra kofe içməklə xərçəng hüceyrələrindən qurtulmaq mümkündür. Araşdırmalarda müəyyən olub ki hərəkət etdirildikdən sonra kofe verilən siçanlarda yüksək günəş işığı nəticəsində dərilərində yaranan 62% şiş yox olub.

Dr Yao-Ping Lu siçanlar üzərində əldə edilən nəticələrin insanlara da tətbiq oluna biləcəyini və bununla da Dəri Xərçənginin qarşının alına biləcəyini deyib.


Əfqanə Məzahirqızı