Əməkdar artist Eyyub yaqubov iyunun 12-si verəcəyi solo konsertinə ciddi hazırlaşır. Mövqe.az xəbər verir ki, "Nar-Şərab" istirahət məkanında-açıq havada baş tutacaq konsertdə sənətçi canlı ansamblın müşayiəti ilə repertuarında yer alan bir sıra sevilən mahnıları onu seyr etməyə gələnlər üçün səsləndirəcək. "Bakım mənim" adlanan konsertin aparıcısı tanınmış tele-aparıcı Saleh Bağırov olacaq. Saat 21.00-da başlanacaq konsertin biletlərinin qiyməti uyğun şəkildədir-VİP 130 AZN, Gold 100 AZN, standart yerlərin qiyməti isə 70 AZN-dir.
Eyyub Yaqubov iyunun 12-si onun sənətini sevənləri konsertində görmək istədiyini bildirir. Əməkdar artist onu dinləməyə gələnlərin konsertdən məmnun qalacaqlarına əmindir.