Suriyada Prezident seçkiləri keçirilir

3 İyun 2014 17:31 (UTC+04:00)

Suriyada xalq , bu gün prezident seçkiləri üçün səsverməyə gedir. Suriya Dövlət Başçısı Bəşər Əsəd həyat yoldaşı Əsma Əsəd ilə birlikdə Şamdakı bir məktəbdə səsverməyə gedib. Ölkədə 3 ildir davam edən vətəndaş müharibəsinə baxmayaraq Əsəd cütlüyü, səsverməyə gedərkən geyindikləri dəbdəbəli libasları və gülər üzlü davranışlarıyla diqqət çəkib.


Movqe.Az xəbər verir ki, müxalifət və qərbin tanımadığı seçkilərdə favorit olan Bəşər Əsədin iki rəqibi var. Keçmiş nazir Həsən Əl Nuri və keçmiş millət vəkili Mahir əl Haccer rəqabət aparacaq.