Məşqçi jurnalist oldu

3 İyun 2014 16:53 (UTC+04:00)

Gələn ildən Moskvanın "Spartak" klubuna rəhbərlik edəcək türkəsilli isveç məşqçi Murat Yakın, Braziliyada təşkil olunacaq dünya çempionatı müddətində jurnalist kimi fəaliyyət göstərəcək.


Movqe.az  Rusiya mətbuatına istinadən xəbər verir ki, 39 yaşlı çalışdırıcı ölkəsinin "20 dəqiqə" adlı qəzeti ilə müqavilə imzalayıb.


Müqaviləyə əsasən, Murat Yakın "DÇ-2014"ün keçiriləcəyi ərəfədə, oyunlar haqqında qəzet üçün köşə yazıları yazacaq.