Bakıda iri gövdəli ağaclar maşının üstünə aşdı - FOTO

3 İyun 2014 20:29 (UTC+04:00)

Bakıda iri gövdəli ağaclar aşıb. Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində aşan ağaclar minik maşının üzərinə düşüb. Hadisə şahidlərinin Milli.Az-a verdiyi məlumata görə, maşının içərisində adam olub.

Hazırda həmin şəxsin maşından çıxarılmasına çalışırlar. 

Ağaclardan biri isə insanların dincəlməsi üçün nəzərdə tutulan talvarın üzərinə aşıb.