Əməkdar artist: "Oğlanlarımdan imtina etmədim"
3 İyun 2014 18:48 (UTC+04:00)
Əməkdar Artist Mətanət Atakişiyeva bu gün "Öz aramızda" verlişində
qonaq olub. Mövqe.az xəbər verir ki, bir ananın 12 yaşlı oğlundan
imtina etməsi məsələsinə biganə qala bilməyən aktrisa öz
fikirlərini bildirib: " Mən də anayam. İki oğlum var. Artıq
böyüyüblər. Əsgər getmək vaxtları çatıb. Ancaq mən çox
çətinliklərlə üzləşdim. Ancaq oğlanlarımdan imtina etmədim. Sən
balanı heç kəsə vermə. Zaman gələr övladın sənə dayaq olar".