Baki-xeber.com saytına haker hücumu olub
3 İyun 2014 19:29 (UTC+04:00)
Baki-xeber.com saytına haker hücumu olub.
Bu barədə Movqe.az-a saytın baş redaktoru Aydın Quliyev məlumat
verib. A. Quliyev bildirib ki, səhər saatlarından saytda xəbərlərin
yenilənməsi mümkünsüz olub: "Saytımızda problem səhər saatlarından
yaranıb. Bizə məlumat verilib ki, saytımıza haker hücumu
nəticəsində xəbərlərin yeilənmək mümkün deyil. Hazırda
"Meridian"şirkəti problemi aradan qaldırmağa çalışır".