Dəryanın ölümündən sonra Sonaya edilən cadu öz təsirini belə göstərir-ŞOK

3 İyun 2014 19:58 (UTC+04:00)
Rəhmətlik Hüseyn Dəryanın əsl ölüm səbəbini eksklüziv olaraq Mövqe.az-a açıqlayan ekstrasens Aqil Məhərrəmov yadınızdadırsa qeyd etmişdi ki, indi də Hüseyn Dəryanın həyat yoldaşı Sonanı ölüm gözləyir. Dərya ilə birlikdə Sonaya da, cadu olunduğunu iddia edən ekstrasens Sonada cadu olduğunu və həmin cadu təmizlənməsə onun başına bəla olacağı barədə də proqnoz vermişdi. Məsələ ilə bağlı narahatlıq keçirən mərhum H. Dəryanın həyat yoldaşı Sona "Öz aramızda" verlişinin qonağı olub. Ekstrasens A. Məhərrəmovun da iştirak etdiyi verlişdə Sona ekstrasensə sual ünvanlayıb: "Siz cadu edən həmin kəsdən və ya məhkəmədən qorxmursunuzmu?". Aqil Məhərrəmov "Mən Allahdan başqa heç kimdən qorxmuram. Sizə cadu olunub və sizi 3 dəfə əməliyyat gözləyir. Əgər o cadunu təmizləməsəz gələcək həyatınızı qaranlıq görürəm" deyə cavab verib. 


Sona həqiqəqtən də onda son zamanlar səhhətində bəzi problemlərin olduğunu etiraf edib: " Bəli, hər iki süd vəzimdə problem var. Xoşxassəli olsa da, artıq böyüyüb. 28 yaşım var. Ancaq çox problemlərim var. 41 kilo olmuşam. Heç nə yeyə bilmirəm. Məni belə məsələlərə qatmayın. Aqil bəylə cadunu edən xanımdırsa o özü bilər. Məni heç kəslə üz-göz etməyin. Hüseynin iki övladı görüşüb. Mən istəyərəm ki, onlar arasında problem olmasın. 3 ildir İranda müalicə alıram. Bir neçə günə də İrana yola düşürəm. Həkimlər deyib ki, ola bilər əməliyyat olunum".


Xatırladaq ki, ekstrasens Aqil Məhərrəmovun fikrinə görə, Hüseyn Dəryanın ölümünə səbəb ona olunan cadu olub. Cadu isə Dəryanın birinci həyat yoldaşı tərəfindən edilib ki, Sona və Hüseyn ayrılsın.