Tut ağacından yıxılan professor öldü (FOTO)
4 İyun 2014 10:56 (UTC+04:00)
Türkiyədə tut ağacından düşən professor dünyasını
dəyişib.
ANS PRESS-in məlumatına görə, Samsunda tut
ağacından düşən "On doqquz May Universiteti" (OMU) Ədəbiyyat
fakültəsi fizika bölümündə müəllim işləyən Prof. Dr. İbrahim Kartal
aparıldığı xəstəxanada dünyasını dəyişib.
OMU Tibb fakültəsi xəstəxanasının reanimasiya
şöbəsində müalicə edilən 54 yaşlı Kartal mayın 31-də məhləsindəki
tut ağacına çıxıb silkələyərkən ağacdan düşərək ağır
yaralanmışdı.
Dərhal yaxınları tərəfindən xəstəxanaya çatdırılan
professorun vəziyyəti ağır olaraq qəbul edilərək reanimasiyaya
yatırılmışdı.
Ötən gün dünyasını dəyişən professor üçün işlədiyi
universitetin qarşısında mərasim təşkil ediləcəyi və bu gün
cənazəsinin basdırılacağı bildirilir.