Suriya seçkilərinin vaxtı uzadıldı

4 İyun 2014 11:13 (UTC+04:00)

Suriyada rejimin təzyiqi altında keçirilən prezident seçkiləri üçün səsvermə əməliyyatı 5 saat uzadılıb.

 Movqe.Az xəbər verir ki, başda Şamın mərkəzi olmaqla Hələb, Hama, Humus, Dera, Deyruz və Derada rejimin nəzarətində olan bölgələrdə istənilən səviyyədə sıxlıq yaşanmaması səbəbiylə Şam rəhbərliyinin səs vermə əməliyyatlarını uzatdığı deyilir.

 Hələbdə rejimin yoxlamasındakı bölgədə səs verən Qıyas Əbu Həmzə, AA müxbirinə etdiyi şərhdə, "Seçkilərə qorxduğum üçün qatıldım, lakin xalqın seçkiyə inanmadığını gördüm.  Seçki mərkəzlərində seçicilərdən çox təhlükəsizlik qüvvələri və rəhbərlik adamları var idi" deyib.