Türkün Kayası "İnter"in hədəfində

4 İyun 2014 11:13 (UTC+04:00)

"Qalatasaray" klubunun müdafiəçisi Semih Kaya İtaliya klubundan təklif alıb.


Movqe.az İtaliya mətbuatına istinadən xəbər verir ki, "İnter" klubu türk futbolçunu transfer hədəfinə salıb.


Klub 23 yaşlı futbolçu üçün 6 milyon avro ödəməyə hazırdır.


Lakin "Cim Bom" futbolçusu üçün 12 milyon avro təzminat tələb edir. 


"Qalatasaray" rəhbərliyi Kaya üçün 10 milyon avrodan aşağı məbləğlə razılaşmayacaqlarını bildirib.