Peşəkar Psixologiya Mərkəzinin Beynəlxalq Uşaqlar Günü münasibətilə əyləncə tədbiri

4 İyun 2014 11:29 (UTC+04:00)

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Peşəkar Psxiologiya Mərkəzi "28 mall" ticarət mərkəzində uşaqlar üçün əyləncə proqramı təşkil edib. Tədbiri açıq elan edən mərkəzin direktoru Nuriyyə Quliyeva və Uşaq İnkişaf Klubunun direktoru Tahibə Quliyeva uşaqları bayram münasibətilə təbrik etdikdən sonra sözü balacalara veriblər. Tədbirdə ilk olaraq "Canbala" Uşaq Futbol Klubunun çıxışı nümayiş etdirilib. Face-art vasitəsilə uşaqların sevdiyi cizgi film qəhrəmanları yaradılıb. Daha sonra isə, Peşəkar Psixologiya Mərkəzinin Uşaq Teatr Klubunun hazırladığı "Tıq-tıq xanım" və "Qırmızı papaq" tamaşaları uşaqlar tərəfindən canlandırılıb. Sonda uşaqlar "Səmum" qrupunun ifaları ilə rəqs edərək əyləniblər.